Tripoli küçələrində üstündə qurdlar gəzən meyitlər – FOTO
26 avqust 2011 16:28 (UTC +04:00)

Tripoli küçələrində üstündə qurdlar gəzən meyitlər – FOTO

Lent.az-ın “rtv” televiziyasına istinadən verdiyi məlumata görə, bu insanlar Müəmmər Qəddafini müdafiə edərkən öldürülüblər.

Onların arasında qaradərililərin sayı kifayət qədərdir. Bəzi məlumatlara görə, Qəddafi öz ordusunda qaradərili muzdluların xidmətindən məmnuniyyətlə istifadə edirmiş. İndi meyitinin üstündə qurdlar gəzən bu insanların bəzilərinin qolları arxadan bağlıdır. Hər şeydən göründüyü kimi, qiyamçılar düşmənlərini məhkəməsiz öldürməmək çağırışlarına əhəmiyyət vermirlər.

Tripolidə xaos hökm sürür. Heç kim hansı rayona qiyamçılar, hansı rayona isə Qəddafinin tərəfdarlarının nəzarət etdiyini tam əminliklə söyləyə bilmir. Küçələr snayperlər tərəfindən atəşə tutulur. Qiyamçılar iddia edirlər ki, Tripoli hava limanını ələ keçiriblər.

Bundan əlavə, internetdə həvəskar kamera ilə Qəddafinin övladlarının, o cümlədən qızı Aişənin evində çəkilən görüntülər yerləşdirilib. Evin pəncərələri qırılsa da, bina hələlik tam qarət edilməyib. Obyektivə hətta salamat qalan plazma televizoru da düşüb.

Dünən Qəddafinin mühasirəyə alındığını iddia edən qiyamçılar, bu gün susmağa üstünlük verirlər. Avqustun 25-də axşam saatlarında yerli telekanal Qəddafinin audiomüraciətini yayıb. Polkovnik doğma şəhəri olan Siirt əhalisinə müraciət edərək qiyamçılara ölümcül zərbə vurmağa və paytaxt Tripolini geri almağa çağırıb.

Müxalifət isə Qərbi hərbi uğurları maliyyə cəhətdən dəstəkləməyə çağırır. Keçid hökumətinin başçısı İtaliyada baş nazir Silvio Berluskoni ilə görüşərək Qəddafinin dondurulmuş hesablarının onlara verilməsinə nail olub. Berluskoni isə yeni dostunun əlini gülərək sıxır. Hansı ki, cəmi bir neçə ay öncə o, Qəddafini ən yaxın dostu adlandıraraq onun əlini sıxırdı.

Qəddafi dövrü başa çatır. Liviyanın dünyanın müxtəlif ölkələrindəki səfirlikləri bir-birinin ardınca ondan üz döndərirlər. Dünən bir neçə günlük gərgin düşüncələrdən sonra Liviyanın Moskvadakı səfirliyi də təslim olub. Səfirlik binası üzərindəki Qəddafinin yaşıl bayrağı endirilib. Diplomatlar elan ediblər ki, bundan sonra yeganə legitim hakimiyyət kimi Milli Keçid Şurasının maraqlarını təmsil edəcəklər.
# 1117

Oxşar yazılar

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25
Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

17 may 2024 , 22:37
NATO Ukraynaya  qoşun yeritmək   qərarına yaxınlaşdı - AÇIQLAMA

NATO Ukraynaya qoşun yeritmək qərarına yaxınlaşdı - AÇIQLAMA

17 may 2024 , 17:04