Pakistanda sel suları 71 nəfəri apardı
26 avqust 2011 13:59 (UTC +04:00)

Pakistanda sel suları 71 nəfəri apardı

0
Lent.az-ın xəbər verir ki, son məlumatlara görə, sel sularının yuduğu yaşayış bölgələrindən 33 cəsəd tapılıb. 38 nəfərin isə itkin düşdüyü bildirilir. İtkin düşənlərin yaşamaq şanslarının olmadığı qeyd edilir.

Qeyd edək ki, bundan öncə də sel suları Pakistanda 35 nəfərin ölümünə yol açmışdı.

Ötən il təxminən 2 min adamın öldüyü, 25 min adamın isə seldən zərər gördüyü Pakistanda infrastruktur bərpa edilmədiyi üçün fəlakət bölgələrinə yardım aparmaq müşkülə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar