Avstriyada daha bir şok olay
26 avqust 2011 10:48 (UTC +04:00)

Avstriyada daha bir şok olay

Avstriyada hazırda 80 yaşı olan Qottfried V. adlı şəxsin 40 il boyunca öz qızlarını zorladığı ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, qızlarından biri 53, digəri 45 yaşında olan ata qızlarına işgəncə verməklə də ittiham olunur.

Məlumatda bildirilir ki, qızlar ömür boyu atalarından başqa bir adamla görüşməyib, yalnız yaşadıqları evin pəncərəsindən bayıra baxmaqla kifayətləniblər. “Qeyrətli ata”nın qızlarını silahla təhdid etdiyi məlum olub.

Qızlardan biri polisə ifadəsində deyib ki, o ilk dəfə orta məktəbə gedərkən ailə dostlarından biri tərəfindən zorlanıb. Daha sonra onu atası zorlamağa başlayıb. Anasının da bundan xəbərdar olduğunu söyləyən qız onun da atasının təhdidlərindən qorxduğu üçün polisə bu barədə heç nə demədiyini qeyd edib.

Qottfried W. polis tərəfindən həbs edilib. Qeyd edək ki, bu, Avstriyada qızını zorlayan ilk ata faktı deyil. Bundan daha əvvəl öz qızını 24 il zorlayan və ondan 6 uşağı olan Cozef Fritzl adlı bir avstriyalı həbs edilmişdi.
# 598

Oxşar yazılar

Moskvada “Bolşoy Teatr”dan min nəfər TƏXLİYƏ EDİLDİ  -VİDEO

Moskvada “Bolşoy Teatr”dan min nəfər TƏXLİYƏ EDİLDİ -VİDEO

18 may 2024 , 22:09
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ   - FOTO

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO

18 may 2024 , 21:59
İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25