Misirdə turizm erası başa çatır...
25 avqust 2011 19:49 (UTC +04:00)

Misirdə turizm erası başa çatır...

0
Misir uzun müddət dünyanın ən böyük turist axınının olduğu yerlərdən biri olsa da, indi radikal islamçı “Misirin azadlığı və ədaləti” partiyası turistlərə çimərlik paltarını və alkoqol içməyi qadağan etmək istəyir. Lent.az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, islamçılar parlament seçkisində qalib gəlsələr, yerli turizm sənayesini ağır zamanlar gözləyir.

Partiya sədri Saad əl-Katatni bildirib ki, Misir ictimaiyyəti mühafizəkardır: “Əcnəbi turist Misirə səfər öncəsi bu ölkədə bir sıra ənənələr və davranış qaydaları ilə tanış olmalıdır. Misir çimərliklərində çılpaqlıq gəzmək buranın adət-ənənələrinə uyğun deyil. Biz turizm sahəsinin əsl inkişafından danışmaq istəyiriksə, bu problemlərin müvafiq həllini tapmaq lazımdır”.

Yerli sahibkarlar isə ölkənin turizm biznesinin ciddi təhlükə altına düşə biləcəyini güman edirlər. Misirin turist şirkətlərindən birinin rəhbəri Hüsam əş-Şair deyib: “Gəlin özümüzü aldatmayaq. Alkoqolsuz və çimərlik paltarı olmadan bizə heç kim gəlməyəcək. Nəticədə 13 milyard dollar illik gəlirdən məhrum olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar