Liviya xüsusi təyinatlıları Qəddafini əldən buraxıblar
0
0
Lent.az-ın “Paris Match” nəşrinə istinadən xəbərinə görə, onlar avqustun 24-də polkovniki ələ keçirməyə cəhd ediblər.
Qəddafinin dəqiq yeri barədə informasiyanı kəşfiyyat avqustun 24-də yerli vaxtla saat 10:00-da alıb. Xüsusi xidmət orqanlarındakı mənbə bildirir ki, polkovnik ən azı bir gecəni Tripolinin mərkəzindəki xüsusi evdə qalıb. Ev sadə olub və digərlərin heç nə ilə fərqlənməyib. Lakin xüsusi təyinatlılar polkovnikin güman olunan sığınacağına gəldikdə, Qəddafi artıq orada olmayıb. Hərbçilər mənzildə Liviya liderinin bu evdə olduğunu təsdiqləyən bir neçə dəlil tapıblar. Lakin onun sığınacağı çoxdan tərk edib-etmədiyini və içəridə nə qədər vaxt keçirdiyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Xüsusi xidmət orqanları güman edirlər ki, Liviya lideri zəbt əməliyyatının hazırlandığını öyrənib və qaça bilib.
Qeyd edək ki, müxalifət liderləri Müəmmar Qəddafini sağ və ya ölü halda təhvil verənə 1,6 milyon dollar mükafat vəd veriblər. Lakin hələlik yalnız bu, ictimaiyyətə məlum olan polkovniki ələ keçirmə cəhdidir.