Turistlər niyə Rusiyadan üz döndərir?
25 avqust 2011 19:15 (UTC +04:00)

Turistlər niyə Rusiyadan üz döndərir?

0
Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, ölkəyə gələn turistlərin sayında hər ciddi azalma müşahidə olunur. Problemin kökündə isə bunlar dayanır: Sovet dövründən qalan problemlərin həll edilməyib, otel və istirahət yerləri standartlara cavab vermir, infrastrukturun zəif, qiymətlər bahadır. Bu il bu problemlər sırasına viza da əlavə edildi.

“Rosstat”ın məlumatına görə, bu ilin birinci rübündə ölkəyə gələn fin turistlərin sayı ötən illə müqayisədə 24% azalıb. Alman turistlərin sayında isə 19% azalma müşahidə olunub. Bu rəqəm ispan və fransız turistlər üçün 16%, hollandlar üçün 17, norveçlilər üçün 14% təşkil edir.

Beynəlxalq təşkilatların rəyinə görə, Rusiya turizmin inkişafına görə 139 ölkə arasında 59-cu yeri tutur. Lakin təbiət turizmi potensialına görə Rusiya 5-ci, maddi mədəniyyət abidələri turizminə görə isə 9-cu yerlərdə qərar tutur.

Turizmin zəifləməsində hökumətin də “rolu” danılmazdır. Belə ki, Rusiya turizm sektoruna yatırımların həcminə görə 91-ci yerdə qərarlaşıb. Ötən il turizmin inkişafına cəmi 3.5 milyon dollar vəsait ayrılıb. Ölkə büdcəsinin cəmi 6%-i turizmdən formalaşıb.

Ruslar da öz vətənlərində istirahət etmək niyyətində deyillər. Ötən il Rusiyaya 2.4 milyon əcnəbi turist gəldiyi halda, 12 milyondan çox rus istirahətini xaricdə keçirib (32% artım). Əcnəbilər Rusiyada ötən il cəmi 9 milyard dollar xərclədiyi halda, ruslar digər ölkələrdə 18 milyarda yaxın pul xərcləyib.

Rus ekspertlərin fikrincə, turistləri cəlb etmək üçün infrastrukturu sahmana salmaq, ədalətli qiymət siyasəti aparmaq zəruridir. Ölkəyə turist axınının qarşısını alan bir digər amil də viza məsələsindəki süründürməçilikdir. İlin əvvəlində Madrid və Barselonada viza mərkəzləri açıldı və bütün ispan turizm agentliklərinin rus konsulluğunda akkreditasiyası ləğv edildi. Üstəgəl viza verilməsi müddəti 5-10 gün əvəzinə 7-21 müəyyən edildi. Uzun-uzadı viza növbəsində duran ispanlar əm də əlavə olaraq 35 avro ödəmək məcburiyyətində qaldılar. Nəticə özünü çox gözlətmədi. 3 ay ərzində ispan turistlərin sayında 16% azalma hiss edildi. Almaniyada da viza məsələsində lüzumsuz sənədlərin tələb edilməsi turist sayında 19% geriləmə ilə nəticələndi. Beləliklə də, avropalı turistlər indi daha münasib ölkələrə, xüsusən də Türkiyəyə üz tutdular.

Rus ekspertlər hesab edir ki, sovet dövründən qalan 30 problemdən hələ 18-i öz həllini gözləyir. Bunlardan ən biabırı isə sovetdən miras qalan qeydiyyat məsələsidir. Ölkəyə gələn turist 3 gün ərzində müvəqqəti yaşayış yerində qeydiyyata düşməlidir. Beləcə turist istirahəti atıb formal prosedurlar dalınca qaçmalıdır (Bu da rüşvətsiz ötüşmür). Digər problem isə xarici dillərdə xəritə və broşurların yoxluğudur. Rus dilini bilməyən turist üçün hətta paytaxtda belə hərəkət etmək problemdir.

Rus mütəxəssislərin dediyinə bir faktı da əlavə edək. Türkiyə və Azərbaycan kimi müsəlman ölkələrinə gələn turist özünü burada tam təhlükəsiz hiss edir. İnsanlar və polis də əcnəbilərlə kifayət qədər səmimi davranırlar. Lakin Rusiya barədə bunu söyləmək mümkün deyil. Yalnız macərapərəstlər skinhedlərlə problem yaşadıqdan sonra təkrarən Rusiyaya gəlmək istəyər. Avropalılar arasında isə belələri çox azdır.

Bu ilin aprelində Rusiya və Türkiyə arasında vizanın ləğvi rus turistlərin ölkəyə axın etməsi ilə nəticələndi. Halbuki Türkiyəyə viza almaq əvvəllər də çətin deyildi. Rusiya vətəndaşları elə gəldikləri aeroportdaca 10 dollar ödəyib 30 günlük viza ala bilirdilər.

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 810

Oxşar yazılar