20 metr hündürlüyü, 300 il yaşı olan kaktusda 6 saat
0
0
Lent.az-ın məlumatına görə, ABŞ-ın Arizona ştatının Sonor səhrasında baş vermiş qeyri-adi hadisəyə fotoqraf Kurt Fonger şahidlik edib.
O, nəhəng kaktusun təpəsinə qalxan vaşaqı fotokamerasının yaddaşına köçürüb. Vəhşi heyvan pumadan qurtulmaq üçün qalxdığı tikanlı bitkinin ən yüksək nöqtəsindən uzun müddət enməyib. Vaşaq ac pumanın qayıdacağından qorxub. Nəhayət, 6 saatdan sonra o, yaxınlıqda düşməninin olub-olmadığına nəzər yetirdikdən sonra enməyə qərar verib.
Fotoqraf kaktusa nəzər yetirdikdə heç bir qan izi aşkarlamayıb. Kaktusda yalnız caynaq izləri nəzərə çarpıb. Vaşaq tikanlı kaktusun uca zirvəsinə yaralanmadan qalxa bilib.