İraq Türkiyəyə nota verdi
25 avqust 2011 10:53 (UTC +04:00)

İraq Türkiyəyə nota verdi

0
Lent.az-ın məlumatına görə, İraq XİN-in rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada bildirilib ki, Türkiyənin Bağdaddakı səfiri Murat Özçelik bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Türkiyənin son hərbi əməliyyatları ilə bağlı nota təqdim olunub.

İraq xarici işlər nazirinin müavini Məhəmməd Cavad Aldorki Türkiyə səfirinə bildirib ki, onun ölkəsi hərbi əməliyyatlar zamanı sərhədi pozub. İraq XİN Türkiyədən hərbi əməliyyatların təcili dayandırılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar