Həyatında ikinci dəfə lotereyada milyonlar uddu
24 avqust 2011 18:19 (UTC +04:00)

Həyatında ikinci dəfə lotereyada milyonlar uddu

0
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, adının anonim qalmasını arzulayan şəxs 1996-cı ildə lotoda 18,8 milyon franka (2,8 milyon avro) sahib olub.

Bu gün isə o, 3 milyon avroluq çek alıb. 2011-ci il iyulun 27-də oynanılmış tirajda fransalının uduşu bu qədər olub. “Mən xoşbəxt ulduz altında doğulmuşam” deyən lotereya qalibi 1976-cı ildə loto üzə çıxdığı andan daim eyni nömrələrə pul qoyuluşu edib. 50-dən çox yaşı olan kişi bildirib ki, yeni uduşu övladlarına mirası təmin etməyə yönəldəcək. O, 1996-cı ildəki uduşunu isə biznesə qoyduğunu açıqlayıb. Fransa sakini hər ay müxtəlif lotereyalara min avroyadək xərclədiyini qeyd edib.

Təşkilatçılar isə hesablayıblar ki, oyunçunun ilk 6 rəqəmi düzgün tapması şansı 19 milyonun 1-ə nisbətində olub. Bu zaman eyni oyunçunun 6 rəqəmi 2 dəfə tapması 363 milyardın 1-ə nisbətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar