İranın İsrail kompleksi
0
0
“Sedmoy kanal”ın məlumatına görə, İranın yığma komandası bu beynəlxalq yarışdan qovulub. Buna səbəb onların İsrailin seçmə komandasına qarşı oynamaqdan imtina etməsi göstərilib.
Məlumata əsasən, İranın voleybol üzrə komandası yəhudi dövlətinə qarşı oyuna gəlməyib. İslam Respublikasını yarışa hazırlayan rəhbərlik, Universiadanın Təşkilat Komitəsinə məsələ ilə bağlı doğru cavab verməkdən yayınaraq bildirib ki, komandanın əsas oyunçuları xəstə olduğundan bu addımı atmağa məcbur olublar.
Bundan başqa Universiadanın Təşkilat Komitəsi Beynəlxalq Voleybol Federasiyasına İranın İdman komitəsindən şikayət edib. Komitə İran-İsrail oyunun təxirə salınması ilə əlaqədar dəyən ziyanın ödənilməsində israrlıdır.
Bu ilk olay deyil. Avqustun 13-də Ermənistanda 5-ci Panerməni oyunları başlayıb. Həmin tədbirdə, əsasən həvəskar idmançılar futbol, voleybol, basketbol, tennis, üzgüçülük, şahmat və s. idman oyunları üzrə yarışır. İranın Şahinşəhr şəhərindən gələn futbol klubu eyni qrupda yer aldığı yəhudilərin “Qüds” (“Yerusəlim”) klubu ilə oyanmaqdan imtina edib.
Ermənistanda çıxın «Haykakan jamanak» qəzeti bunu İranla İsrail arasındakı düşmənliklə əlaqələndirib. Panerməni oyunları təşkilat komitəsinin üzvü, İrandan gələn heyətin başçısı Alfred Havan adlı bir erməni baş verənləri “anlaşılmazlıq” adlandırıb: “Ümumiyyətlə, İran klubları israillilərlə görüşlərə qatılmır. İslam Respublikasının ermənilərdən ibarət komandası görünür, anlaşılmazlıqdan İsrail klubu ilə oynamaqdan imtina edib. Bundan başqa Qüdsdən gələn ermənilərdir və onlar iki ölkə arasında məsələyə qarışmır. İkincisi, İran hakimiyyəti hesab edir Ki, Qüds xristianların, müsəlmanların və yəhudilərin şəhəridir. Ancaq onların davranışı şəhərin İsrailə aid olduğunu təsdiqləyir. Bu da islam dünyagörüşünə ziddir”. A.Havan əmin edib ki, İslam Respublikasından gələn erməni klubları bundan sonrakı oyunlarda israilli ermənilərlə yarışacaqlar.
Bu yaxınlarda Dünya yəhudi konqresi İranı 2012-ci ildə keçiriləcək London Yay olimpiya oyunlarından və başqa beynəlxalq idman yarışlarında iştirakdan məhrum etməyə çağırmışdı. Qurum bildirmişdi ki, İslam Respublikasından olan idmançılar İsraildən olan həmkarlarını təhqir etməyə dayandırmayanadək onları mötəbər beynəlxalq yarışlara buraxmaq olmaz. Konqresin başçısı Ronald Lauder iranlı idmançının son hərəkətinin “idmançıya yaraşmayan davranış” adlandıraraq, onları antisemitzmdə suçlayıb: “İran hakimiyyətinin idman yarışlarını dəfələrlə siyasiləşdirməsi biabırçılıqdır. Bu ölkənin idmançılarının gələn il Londonda keçiriləcək olimpiada kimi beynəlxalq yarışlara buraxmamağın zamanı çatıb”.
Yada salmaq lazımdır ki, iranlı üzgüçü Məhəmmədəli Rzai Pekində keçirilən dünya üzrə üzgüçülük yarışında brass üsulu ilə 100 metr məsafəyə ələmə mərhələsində iştirakdan imtina edib. İslam Respublikasından olan rəsmi nümayəndə heyəti bildirib ki, Rzai birdən qarın boşluğunda kəskin ağırların olduğunu söyləyib.Ancaq mütəxəssislər bunun əsil səbəbinin başqa məsələdə olduğunu bildiriblər. Məsələ burasındadır ki, İsraildən olan idmançı Qal Nevo da M.Rzai ilə birlikdə üzməli imiş. İranlı üzgüçü bu sayaq davranışa bir növ adət edib. Bu, baş verən olay ikincidir. Hələ Pekin yay olimpiadasında da M.Rzai İsraildən olan idmançı ilə bir hovuzda yarışmaq istəmədiyini söyləmişdi.
Ancaq bu sayaq hallar yalnız idmançının xəstələnməsi, oyuna hazır olmaması ilə bağlı deyil. Tehran hakimiyyəti İsrail və ABŞ-a qarşı bütün idman meydançalarını az qala hərbi savaş meydanı kimi təsvir edir. Onlarla yarışda uduzmaq istəmir. Çünki onlarla yarışlarda qələbə çalanda İran rəhbərliyi bunu “böyük şeytan üzərində qələbə” kimi cəmiyyətə sırıyırdı. Odur ki, yəhudilər və amerikalılara qarşı istənilən yarışda məğlub olmağı Tehran hakimiyyəti xəstəcəsinə qarşılayır. Başqa sözlə, ehtimal etmək olar ki, İran rəhbərliyinin bu məsələyə psixoloji kompleksi var.
Sədrəddin Soltan