Anna Politkovskayanın ölümünə görə rus polkovnik həbs edilib
0
0
Lent.az-ın BBC-yə istinadən xəbərinə görə, vaxtilə Moskva polisində işləyən, hazırda təqaüddə olan polkovnik-leytenant şübhəli şəxs qismində həbs edilib. Qeyd edək ki, Anna Politkovskayanı öldürməkdə təqsirli bilinən Rüstəm Məhəmmədov adlı şəxs bundan əvvəl Çeçenistanda yaxalanmışdı.
Məlumatda bildirilir ki, təqaüddə olan polkovnik-leytenant cinayəti təşkil etmək üçün şəxsiyyəti müəyyən edilməyən bir nəfər tərəfindən pul alıb.
Daha əvvəl şahid qismində ifadə verən Pavlyuçenkonun cinayəti törətmək üçün mütəşəkkil dəstə yaratdığı və onları silahla təmin etdiyi iddia edilir.
Anna Politkovskaya Rusiya hakimiyyətinin ən böyük müxaliflərindən biri idi. O, Çeçenistandakı Rusiya meylli şəxsləri də sərt tənqid edirdi. Anna Politkovskaya 2006-cı oktyabrın 7-də yaşadığı binanın qarşısında öldürülmüşdü. 48 yaşlı jurnalist Putinə müxalif hesab olunan “Novaya Gazeta”da işləyirdi.