Moskvada oğurluq daş-qaş satan erməni yaxalandı
24 avqust 2011 12:34 (UTC +04:00)

Moskvada oğurluq daş-qaş satan erməni yaxalandı

Lent.az-ın “lifenews.ru”ya istinadən verdiyi məlumata görə, adı açıqlanmayan şəxs lombarda gələrək 132 daş-qaşı onu zərgərə satmaq istəyərkən tutulub.

Daş-qaşların çoxu əvvəllər qiymətli sırğaların, üzüklərin və boyunbağının üzərində olub. Onları polis əməkdaşları müsadirə edib. Polislər cinayətkarı iş başında yaxalamaq üçün “Lombard, qiymətli metallar və daş-qaşlar” adlı ticarət nöqtəsi yaradıb. Zərgər rolu operativ əməliyyatçıya tapşırılıb. “Zərgər” çox gözləməyib. Erməni 132 daş-qaşı satmağa gətirib. Qiymətli əşyaların bir hissəsi əvvəllər zərgər emalatxanalarında olub. Bu səbəbdən, müsadirə olunan daş-qaşların həmin emalatxanalara nə dərəcədə bağlılığı yoxlanılır.
# 582

Oxşar yazılar