BVF-nin keçmiş prezidentinə qaldırılmış cinayət işinə xitam verildi
24 avqust 2011 11:55 (UTC +04:00)

BVF-nin keçmiş prezidentinə qaldırılmış cinayət işinə xitam verildi

O. Nyu-Yorkda bir otelin xadiməsini zorlamaqda ittiham olunurdu.

Lent.az-ın məlumatına görə, prokurorluq 32 yaşlı qadının iddialarını etibarlı hesab etməyib. Apelyasiya məhkəməsi də cinayət işinə xitam verilməsi ilə bağlı qərarı təsdiqləyib.

Qeyd edək ki, Dominik Ştrauss-Kan ittihamlardan sonra həbs edilmiş və BVF-nin prezidenti postundan istefa vermək məcburiyyətində qalmışdı. Bir müddət həbsdə saxlanıldıqdan sonra 6 milyon dollar qarşılığında zaminə buraxılmışdı.

O, 3 ay sonra Fransaya qayıda biləcək.

Qeyd edək ki, Kan Fransa prezidentliyinə ən iddialı namizədlərdən biri idi. O, Fransa sosialistləri tərəfindən prezidentliyə namizəd göstəriləcəkdi. Ancaq zorlama ittihamlarından sonra o, bu yarışdan kənarda qaldı.
# 499

Oxşar yazılar