ABŞ-da zəlzələ: Pentaqon və Kapitoli evakuasiya edildi
24 avqust 2011 10:37 (UTC +04:00)

ABŞ-da zəlzələ: Pentaqon və Kapitoli evakuasiya edildi

Lent.az-ın məlumatına görə, zəlzələdən sonra ABŞ Müdafiə Nazirliyinin binası Pentaqon, Ağ Ev və Kapitoli evakuasiya edilib. Zəlzələni bomba hesab edən yerli əhali təşvişə qapılıb.

Zəlzələ Vaşinqton, Nyu-York, Boston və Atlanta kimi böyük şəhərlərdə hiss edilib. Zəlzələ nəticəsində Pentaqonda su boruları partlayıb və binanı su basıb.

Zəlzələyə görə Virciniyada iki nüvə reaktorunun fəaliyyəti dayandırılıb.

Zəlzələnin terror hücumu olduğunu zənn edən yerli əhali yüksək mərtəbəli binaları dərhal boşaldaraq, küçələrə axışıb. Xəstəxanalarda həyəcan siqnalı verilib. Zəlzələ nəticəsində ölən, ya da yaralananların olmadığı bildirilir.
# 451

Oxşar yazılar