Sünnət etdirmək istədi, cinsi orqanını kəsdilər...
24 avqust 2011 04:07 (UTC +04:00)

Sünnət etdirmək istədi, cinsi orqanını kəsdilər...

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, cərrah əməliyyat zamanı Kentukki ştatının sakini, yük maşınının sürücüsü Fillip Sitonun cinsi orqanını kəsib.

Fillip Siton isə özünün icazəsi olmadan cinsi orqanı kəsildiyi üçün cərrahı məhkəməyə verib. O deyib ki, 4 il əvvəl soyuqdəymə ilə bağlı həkimə müraciət edib, sünnət olunmaq istəyib və bundan sonra cərrahi əməliyyat keçirilib. Cərrah Con Patterson isə bildirib ki, cinsi orqanın kəsilməsi zərurət olub, çünki cinsi orqanda insan həyatı üçün təhlükəli mərhələyə çatan xərçəng aşkarlanıb.

Fillip Siton və xanımı Debora məhkəməyə müraciətlərində cərrahdan maddi təzminat tələb edirlər. Avqustun 22-də məhkəmə prosesində çıxış edən Fillip Sitonun vəkili Kevin Corc müvəkkilinin özünü kişi kimi hiss etmədiyini vurğulayıb. Onun sözlərinə görə, cərrahi əməliyyata qədər həkim Fillip Sitona xərçəngdən əziyyət çəkdiyini söyləməyib: “Cərrah müvəkkilimin cinsi orqanını onun icazəsi olmadan kəsib və xəstəyə başqa həkimə müraciət etmək imkanı yaratmayıb”. Vəkil Fillip Sitonun cinsi orqanının əməliyyatdan əvvəl çəkilən 4 fotosunu da göstərib: “Görürsüz, burada heç nə yoxdur”.

Cərrahın vəkili Kley Robinson söylənənlərlə razılaşmayıb və cərrahi əməliyyatdan əvvəl Fillip Sitonun imza atdığı, zəruri hallarda həkimin cərrahi müdaxilələrinə icazə verən sənədi nümayiş etdirib: “Fillip Siton cərrah Con Patterson tərəfindən həyatı xilas edildiyi üçün bu gün burada, məhkəmə zalındadır”. Vəkilin sözlərinə görə, cərrah Con Pattterson keçirdiyi cərrahi əməliyyat zamanı cinsi orqanın yalnız bir qismini kəsib, digər əcrrah isə Fillip Sitonun cinsi orqanının qalan hissəsini kəsərək götürüb...
# 634

Oxşar yazılar