Liviya nefti uğrunda rəqabət başladı
23 avqust 2011 19:59 (UTC +04:00)

Liviya nefti uğrunda rəqabət başladı

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qərb dövlətləri, xüsusən də hava əməliyyatlarında iştirak edən dövlətlər qiyamçılara verdikləri dəstək müqabilində Liviya neftinin ölkələrinin neft şirkətləri tərəfindən çıxarılacağına dair zəmanət istəyirlər.

Liviya nefti uğrunda rəqabətdə önə düşməyə çalışan İtaliya hökuməti artıq qiyamçılardan müəyyən vədlər alıb. İtaliyanın baş naziri Franko Frattini deyib ki, İtaliyanın neft şirkətləri gələcəkdə Liviyada neft hasilatında ilk yerdə olacaq.

Qeyd edək ki, Liviyada qiyam başlamazdan öncə bu ölkə hər gün 300 milyon barel neft ixrac edib. Liviya neftinin ixracının yenidən başlaması ilə Avropada neftin qiymətinin aşağı düşməsi gözlənilir.
# 455

Oxşar yazılar