Qəddafinin qiyamçıları mühasirəyə saldığı təsdiqləndi
23 avqust 2011 16:42 (UTC +04:00)

Qəddafinin qiyamçıları mühasirəyə saldığı təsdiqləndi

Tripoliyə daxil olan qiyamçılar paytaxtın bir sıra məhəllələrində prezident Müəmmər Qəddafiyə sadiq qüvvələr tərəfindən mühasirəyə alınıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Müəmmər Qəddafiyə sadiq qüvvələrin bir hissəsi həm də onun anadan olduğu Sirt şəhərindən Tripoliyə doğru hərəkət etməyə başlayıb. NATO aviasiyası isə qiyamçıları ağır durumdan xilas etmək üçün Tripoli üzərinə uçuşların və hava zərbələrinin intensivliyini artırıb.

Qeyd edək ki, bu gecə xarici jurnalistlərin qaldığı otelə gələn Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi atasının planına əsasən qiyamçıları Tripoliyə buraxaraq tələyə saldıqlarını bəyan edib.
# 396

Oxşar yazılar