Liviyanın gələcəyi İstanbulda cızılacaq
23 avqust 2011 16:08 (UTC +04:00)

Liviyanın gələcəyi İstanbulda cızılacaq

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, BMT Liviyanın gәlәcәyinin müzakirә ediləcəyi toplantını avqustun 25-də İstanbulda keçirәcәk.

Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlu Efiopiya, Birlәşmiş Әrәb Әmirliklәri, Qәtәr, ABŞ, İngiltәrә, Kanada, Almaniya, Fransa, İtalya, Norveç, İsveç vә Danmarka xarici işlәr nazirlәri ilә İstanbulda keçirilәcәk toplantı ilә bağlı məsləhətləşmə aparıb.

Danışıqlarda Türkiyәdə Ramazan bayramından әvvәl siyasi direktorlar toplantısının keçirilmәsinә dair tәklifi qəbul edilib. Siyasi direktorlar seviyyәsindә keçirilәcәk toplantıya Liviya әlaqә qrupunun üzvlәri, BMT rәsmilәri , Avropa Birliyi, Әrәb Birliyi vә İslam әmәkdaşlıq tәşkilatı ilә NATO-ya üzv ölkәlәrin nümayәndәlәri qatılacaq. Toplantıda, Liviyanın yenidәn bәrpası, hökumәtin formalaşdırılması vә başqa mövzullar müzakirә olunacaq. Toplantıda Liviya Milli Keçid Şurasının nümayәndәlәri dә iştirak edəcəklər.
# 409

Oxşar yazılar