Türkiyə yenə şəhid verdi
23 avqust 2011 14:21 (UTC +04:00)

Türkiyə yenə şəhid verdi

Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Diyarbəkirin Ergani rayonunun Degirmendere kəndində hərbi posta bir qrup PKK terrorçusu hücum edib.

Hərbi post qumbaraatan və avtomat silahlardan atəşə tutulub. 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Əsgərlər cavab atəşi açıblar. 15 dəqiqə davam edən atışmadan sonra terrorçular dağlıq əraziyə doğru qaçıblar.
# 355

Oxşar yazılar