Qəddafi: “Qiyamçıları tələyə saldıq”
23 avqust 2011 14:16 (UTC +04:00)

Qəddafi: “Qiyamçıları tələyə saldıq”

Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi atasının qiyamçıları məhv etmək üçün hazırladığı hiyləgər planı açıqlayıb. Lent.az-ın verdiyi məlumata görə, Seyf əl-İslam Qəddafi BBC-yə açıqlamasında deyib ki, planın əsasında qiyamçıların Tripoliyə daxil olmasına imkan yaradaraq sonradan onları tələyə salmaq durub.

Liviya prezidentinin oğlu qiyamçıların tələyə düşdüklərini söyləyib: “Biz qiyamçıların əsas ordusunu tələyə salaraq darmadağın etmişik. Tripolinin hazırda bizim nəzarətimizdə olduğunu gözlərinizlə də görə bilərsiniz...”.

Seyf əl-İslam NATO və Qərbi informasiya müharibəsi aparmaqda da ittiham edib: “Bütün şayiələri təkzib etmək istəyirəm. Onların əlində qabaqcıl texnologiya var, onlar rabitəni və əlaqəni kəsiblər, Liviya xalqına internetlə yalan informasiya ötürürlər. Mən azadlıqdayam. Tripolidəki vəziyyəti görmək üçün mənimlə şəhərə çıxa bilərsiz. Qiyamçıların paytaxtda bayram etməsi başqa şəhərdə çəkilən kadrlardır”
# 857

Oxşar yazılar