İranda siqaret çəkən qadınların sayı artır
23 avqust 2011 12:59 (UTC +04:00)

İranda siqaret çəkən qadınların sayı artır

Bunu göstərmək üçün hətta pis və ziyanlı vərdişlərə belə əməl etməkdən çəkinmirlər.

Yerli informasiya vasitələrinin məlumatına əsasən, ölkədə siqaret çəkən qadınların sayı 2,5 faiz çoxalıb. Bunu şəhid Behişti adına Universitetin professoru Zəhra Hisami söyləyib: «Ölkə əhalisinin 15 faizi siqaret çəkir, bunun 4,5 faizini qadınlar təşkil edir». Onun sözlərinə görə, üç il öncə bu rəqəm 2 faiz olub.

«Əvvəllər küçələrdə siqaret çəkən qadınlar gözə dəyməzdisə, indi küçədə, avtomobildə bu, adi hal alıb» - deyə, Zəhra Hisami bunun «həyəcanlı fakt» olduğunu bildirib.

Qeyd edək ki, İranda qadınların ictimai yerlərdə, ilk növbədə çayxana, qəhvəxanada sulu qəlyan çəkməsi yasaqlanıb.

Sədrəddin Soltan
# 570

Oxşar yazılar