İranda müalicə olunan türkmənistanlı məmurlar etibarsız sayılır
23 avqust 2011 12:02 (UTC +04:00)

İranda müalicə olunan türkmənistanlı məmurlar etibarsız sayılır

Lent.az-ın “Xroniki Turkmenistana” nəşrinə istinadən məlumatına görə, bu il avqustun ortalarında rəsmi olmayan mənbələr bildirib ki, son zamanlar İslam Respublikasında özü müalicə olunmuş, yaxud qohumunu ora bu məqsədlə göndərən dövlət qulluqçuları axtarılır.

Türkmənistan mətbuatı hesab edir ki, İranın səhiyyəsi «Türkmənistandan yüksək olmaqla yanaşı, nə Almaniya, nə də İsrailinkindən heç də geri qalmır, eləcə də qiymətlərdə qaneedicidir». Bunun üçün viza alıb İrana getmək yetərlidir.

Məlumatda o da bildirilib ki, dövlət qulluqçuları və onların yaxın qohumlarının Türkmənistanda deyil, İranda müalicə olunduğu aydınlaşarsa, bu, həmin məmurun vəzifə karyerasına ləkə salacaq: «Belələri dövlət qulluğunda irəliləməyi unutmalıdır. Onlar etibarlı dövlət adamı sayılmır».

Sədrəddin Soltan
# 450

Oxşar yazılar