Əsəd rəhm etmir
23 avqust 2011 11:24 (UTC +04:00)

Əsəd rəhm etmir

Suriya ordusu BMT missiyası Hums şəhərini tərk edəndən az sonra hökumət əleyhinə aksiyalarda iştirak edən bir neçə nəfəri qətlə yetirib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədin aksiyaçılara qarşı hərbi əməliyyatların dayandırılacağı barədə verdiyi vədi yerinə yetirməsinə şübhə ilə yanaşdığını dilə gətirib.

BMT-nin insan hüquqları üzrə ali komissarı Navanetx Pilley isə bildirib ki, son 5 ayda Suriyada hökumət əleyhinə keçirilən aksiyalar zamanı 2 min 200 nəfər öldürülüb.
# 504

Oxşar yazılar