NATO Qəddafinin iqamətgahını bombalayacaq
22 avqust 2011 17:39 (UTC +04:00)

NATO Qəddafinin iqamətgahını bombalayacaq

NATO Liviya prezidenti Müəmmər Qəddafinin paytaxt Tripodidə iqamətgahının yerləşdiyi Bab əl-Əziz məhəlləsini bombalayacağını bəyan edib və mülki xalqı bu məhəllədən uzaqlaşmağa çağırıb. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, NATO Müəmmər Qəddafiyə sadiq qüvvələrin hamısı təslim olana qədər əməliyyatların davam edəcəyi barədə xəbərdarlıq edib.

Dövlət binalarını ələ keçirən qiyamçılar isə insanları evlərindən çaxmamağa çağırıb.

Bu arada Liviya prezidentinin olduğu yerlə bağlı ziddiyyətli açıqlamalar yayılmaqdadır. Malta hökuməti Müəmmər Qəddafinin bu ölkədə olduğu barədə xəbəri təkzib edib. “Əl-Cəzirə” telekanalının son iddiasına görə isə Müəmmər Qəddafi hazırda Tunisdədir.
# 441

Oxşar yazılar