Rusiya İranda ikinci AES tikmək istəyir
22 avqust 2011 16:27 (UTC +04:00)

Rusiya İranda ikinci AES tikmək istəyir

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Fereydun Abbasi-Davani söyləyib.

O, tərəflərin apardıqları danışıqlar zamanı Moskvanın Tehrana bir sıra təkliflər verdiyi bildirib. Fereydun Abbasi-Davani yeni tikiləcək AES-in potensialı və yeri barədə məlumat verməyib.

Qeyd edək ki, Rusiyanın İranda tikdiyi Buşəhr AES-in açılış mərasimi yenidən təxirə salınıb. Açılış mərasiminin 2011-ci ilin noyabrı, yaxud dekabrında olacağı bildirilir. Rusiyanın AES-in açılışını gecikdirməsi Tehranın narazılığına səbəb olub.
# 468

Oxşar yazılar