Qiyamçılar Qəddafinin iqamətgahına hücuma cəsarət edə bilmirlər
0
0
Bu gün günorta saatlarında Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrə məxsus tanklar Tripoli mərkəzinə çıxıblar. Lent.az-ın RBK nəşrinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri şəhərin əsas hissələrindən qiyamçıları sıxışdırmağa çalışır.
İtaliya mətbuatının yazdığına görə, hazırda Müəmmər Qəddafiyə sadiq qüvvələr paytaxtın 10-15 faizinə nəzarət edir. Digər tərəfdən, şəhərin bir sıra küçələrində hökumət qüvvələrinin nişançıları yerləşdirilib. Bu, qiyamçıların manevr qabiliyyətini məhdudlaşdırır. Liviya qiyamçıları hazırda Müəmmər Qəddifinin iqamətgahının yerləşdiyi Bab əl-Əziz məhəlləsinə hücum etmək üçün NATO qırıcılarının hökumət qüvvələrinin mövqelərini bombalamasını gözləyirlər.
Qiyamçıların Liviya Dövlət Televiziyasının və Liviya Dövlət Radiosunun binalarını ələ keçirdiyi barədə xəbərlər də təsdiqini tapmayıb. Hələ də televiziyada Müəmmər Qəddafiyə dəstək xarakterli mahnılar səslənir.
Bu arada Qərb mətbuatında Liviyada qiyamçılar arasında artıq daxili çəkişmələrin başlamaqda olduğu barədə də xəbərlər yer almağa başlayıb. Tripoliyə hücum başladıqdan sonra Benqazi və Misrata şəhərlərində döyüşən dəstələrə rəhbərlik edən şəxslər hakimiyyət bölgüsü barədə danışıqlar başlasalar da, tərəflər razılığa gələ bilməyiblər. Misratada döyüşən dəstələr Benqazidəki Milli Keçid Şurasının əmrlərini yerinə yetirmir. Az əvvəl Benqazidəki qiyamçıların silahlı birləşmələrinə başçılıq edən Abdül Fatih Yunus sui-qəsd nəticəsində öldürüldüyü üçün Benqazidəki döyüşçülərin bir qismi Milli Keçid Şurasına hazırda başçılıq edən sabiq ədliyyə naziri Mustafa Abdülcelili qəbul etmir və bundan sonra qurulacaq yeni hökumətə onun başçılıq edəcəyi halda silaha əl atacaqlarını gizlətmirlər. Bu gün Milli Keçid Şurasının qiyamçıları Tripolidə talan və zorakılığa yol verməməyə çağırması da əslində xaos vəziyyətindən xəbər verir.
Qeyd edək ki, Hazırda Milli Keçid Şurasında ərəb millətçisi, islamçı, dünyəvi dövlət tərəfdarı və sosialistlərin, o cümlədən iş adamlarının bir araya gəlməsi də diqqət çəkir. Bir sözlə, hazırda Liviya müxalifətinin vahid lideri yoxdur və bu da Qərbdə Liviyada Müəmmər Qəddafidən sonra hakimiyyət bölgüsü ilə bağlı vətəndaş müharibəsinin alovlanacağı qorxusu yaradıb. Ona görə də hazırda Qərb Liviya Milli Keçid Şurası qarşısında Müəmmər Qəddafi ilə haqq-hesab çürüdüldükdən sonra ilk növbədə qiyamçıların əllərinədəki silahların yığılması tələbini irəli sürməyə hazırlaşır. Çünki vətəndaş müharibəsi alovlanarsa, Qərb ölkələrinin Liviya nefti ilə planları üçün də təhlükə yaranar...