Kaliforniyada aptekləri soyan erməni öz ayağı ilə həbsxanaya gəlib
22 avqust 2011 11:18 (UTC +04:00)

Kaliforniyada aptekləri soyan erməni öz ayağı ilə həbsxanaya gəlib

0
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı Armond Abraamyan və onun 24 yaşlı Derni Romero rəfiqəsi ştatın müxtəlif rayonlarında CVS apteklərinin qarət edilməsində şübhəli sayılıblar.

Polis öncə Derni Romeronu saxlayıb və Opisipo San-Luis rayonundakı həbsxanaya gətirib. Armond Abraamyan isə qaçmağı bacarıb. Sonradan Armond Abraamyan onu tanımayacaqlarını düşünərək, həbsxanadakı rəfiqəsini girov müqabilində azad etmək niyyətində düşüb. Həbsxanaya gələn Armond Abraamyan polis tərəfindən saxlanılıb.

Hər iki şəxsə qarşı ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar