Obama: “Tripoli tiranın caynağından xilas edildi”
22 avqust 2011 10:27 (UTC +04:00)

Obama: “Tripoli tiranın caynağından xilas edildi”

0
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, döyüşlərin sona çatmasını gözləməyən Barak Obama bəyan edib ki, Tripoli tiranların məngənəsindən çıxıb.

ABŞ prezidenti əmindir ki, Müəmmər Qəddafi rejimi final nöqtəsinə çatıb. O, polkovnik Müəmmər Qəddafini öz məğlubiyyətini etiraf etməyə və hakimiyyətdən imtina etməyə çağırıb. Barak Obama bildirib ki, ABŞ və müttəfiqləri Liviya xalqını müdafiə etməyə və ona demokratik cəmiyyət quruculuğu yolunda yardım göstərməyə davam edəcək.

ABŞ prezidenti Liviya Milli Keçid Şurasını Liviya vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar