Avropa Birliyi Suriyaya qarşı sanksiyaları sərtləşdirdi
20 avqust 2011 14:10 (UTC +04:00)

Avropa Birliyi Suriyaya qarşı sanksiyaları sərtləşdirdi

0
Avropa Birliyi Suriyaya qarşı sanksiyaları sərtləşdirib. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 20 şirkət və şəxs də qara siyahıya salınıb.

Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Eşton deyib ki, onlara Avropa Birliyinə gəlmək qadağan olunub, hesabları dondurulub. Suriya neftinin Avropa ölkələrinə daşınmasına da qadağa qoyulub.

Bu gün isə BMT-nin humanitar missiyası Suriyaya gələcək. Missiya hökumət əleyhinə aksiyaların keçirildiyi ərazilərə baxacaq. Suriya hökuməti bəyan edib ki, BMT missiyasını istənilən əraziyə buraxacaq. BMT missiyasının səfəri 4 gün çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar