Tripoliyə hücum başladı
20 avqust 2011 13:07 (UTC +04:00)

Tripoliyə hücum başladı

0
Liviya qiyamçıları qanlı döyüşlərdən sonra avqustun 19-da iki strateji məntəqəni, paytaxt Tripolidən 160 kilometr şərqdə yerləşən Zlitan və 30 kilometr qərbdə yerləşən Zaviya şəhərinə nəzarəti ələ keçirib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Zlitan şəhərini ələ keçirən qiyamçılar qərb istiqamətində, Tripoliyə doğru irəliləyirlər.

Qiyamçıların təmsilçisi Munir Ramzi deyib ki, Zlitan uğrunda döyüşlərdə 31 nəfər itki veriblər, 120 yaralıları var. Digər tərəfdən, qiyamçılar hökumət qüvvələrini yanacaqla təmin edən neft emalı zavodunun olduğu Zaviya şəhərinə nəzarəti ələ keçirdikdən sonra Tripolini Tunislə birləşdirən yola çıxıblar. Qiyamçıların Tripolinin mühasirə həlqəsini daraltması ilə paralel NATO aviasiyası və hava qüvvələri Tripolini dənizdən mühasirəyə alıb.

Bu arada qiyamçılar bildiriblər ki, 1969-cu ildə Liviyada monarxiyanın devrilməsində aktiv iştirak edən Abdel Salyam Cellud da Tripolidən qaçıb və tezliklə Avropada peyda olacaq. O, Liviyada ikinci şəxs olsa da, 1990-cı illərdə prezident Müəmmər Qəddafi ilə yollarını ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar