İsrail-Misir münasibətlərində gərginlik yaranıb
0
0
Avqustun 18-də Sinay yarımadasında İsrail vertolyotunun açdığı atəş nəticəsində Misir polisinin bir zabitinin və iki sıravi polis əməkdaşının öldürülməsi iki ölkə münasibətlərində gərginliyə yol açıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Misir İsraildəki səfirini geri çağırıb.
İyulun 19-da isə İsrailin Qahirədəki səfirliyi qarşısına isə yüzlərlə insan toplaşıb. Kütlə polis koridorunu yararaq səfirliyə hücum etməyə cəhd göstərib. Səfirliyin mühafizəsi üçün əraziyə hərbi bölmələr gətirilib. Kütlə İsrail səfirinin Misiri tərk etməsini tələb edib. Ancaq İsrailin Misirdəki səfiri İtsxak Levanon Misir mətbuatına açıqlamasında deyib ki, Misiri tərk etməyə hazırlaşmır və səfirliyin mühafizəsini təmin etməyə borcludur.