Burcanadzenin əri 5,5 il azadlıqdan məhrum edildi
19 avqust 2011 18:53 (UTC +04:00)

Burcanadzenin əri 5,5 il azadlıqdan məhrum edildi

0
Bu gün Tiflis Şəhər Məhkəməsi Gürcüstan parlamentinin sabiq spikeri, “Vahid Gürcüstan-Demokratiya Hərəkatı” Partiyasının sədri Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadzenin 5,5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Lent.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Sərhəd Polisinin sabiq rəhbəri Badri Bitsadze bu il 21-16 may tarixlərində prezident Mixail Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalar zamanı gürcü polis bölmələrinə hücum məqsədi ilə qanunsuz silahlı dəstə təşkil etməkdə günahlandırılır.

Qeyd edək ki, hazırda Badri Bitsadzenin harada olduğu məlum deyil, o, axtarışdadır. Nino Burcanadze də ərinin harada olmasından xəbərsiz olduğunu söyləyib. O, ərinin xarici ölkələrdən birində siyasi sığınacaq istəyəcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar