İran ABŞ-la əməkdaşlığa razıdır
23 iyul 2011 11:23 (UTC +04:00)

İran ABŞ-la əməkdaşlığa razıdır

İran ABŞ-la aralarında davam edən 30 illik diplomatik gərginliyə son vermək niyyətində olduğunu açıqlayıb.


Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İranın Xarici İşlər Naziri Əli Əkbər Salihi “ABŞ-la bərabər şərtlər daxilində və İran xalqının haqlarına hörmət edilməsi şərtilə əməkdaşlığa başlaya bilərik” deyib.


O, İsraillə heç bir münasibət yaratmayacaqlarını, ancaq ABŞ kimi ölkə ilə fövqəladə vəziyyətdə əməkdaşlıq edə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, rəsmi Tehran ilə ABŞ arasındakı “soyuq müharibə” İslam İnqilabından bəri davam edir.

Onu da bildirək ki, ötən həftə belə bir açıqlama Əkbər Haşimi Rəfsəncanidən də gəlmişdi. O da bildirmişdi ki, ABŞ rəsmiləri ilə görüşlərin başlaması lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar