Yaponiyanı “Ma-on” vurur
20 iyul 2011 11:12 (UTC +04:00)

Yaponiyanı “Ma-on” vurur

Yaponiyanın cənubu 2 gündür ki, leysan yağış və güclü küləklə müşahidə olunan “Ma-on” qasırğasının dağıdıcı təsirinə məruz qalmaqdadır. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 55 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Qasırğa ölkənin cənub regionlarına ciddi ziyan vurub, minlərlə ev elektrik enerjisindən məhrum olub. Yaşayış qəsəbələrinin bir qismini su basıb, insanlar təhlükəsiz yerlərə evakuasiya edilirlər. Koti əyalətində sutka ərzində rekord həddə, 850 mm yağıntı düşüb. Leysan yağış və güclü küləyin yaxın saatlarda paytaxt Tokioda da müşahidə olunacağı gözlənilir. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 35 metrə çatır.

Qasırğa ilə əlaqədar Yaponiyada 200 təyyarə reysi, 100 daxili qatar reysi təxirə salınıb. Nəqliyyatın hərəkətində ciddi problem yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar