Nazarbayev xəstəxanaya aparılıb
20 iyul 2011 10:46 (UTC +04:00)

Nazarbayev xəstəxanaya aparılıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almaniyanın Hamburq şəhərindəki Hamburq-Eppendorf Klinikasına yerləşdirilib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Nursultan Nazarbayevin hansı səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə Qazaxıstan rəsmiləri açıqlama verməyiblər.

“Bild” qəzeti isə Nursultan Nazarbayevin Hamburq-Eppendorf Klinikasında prostat vəzidən cərrahi əməliyyat olunduğunu yazıb. Nursultan Nqazarbayevin axtarışda olan keçmiş kürəkəni Rahat Əliyev isə öz bloqunda yazıb ki, Qazaxıstan prezidenti prostat vəzi xərçəngidir.

Klinikadan isə bu məlumatları nə təkzib, nə də təsdiq edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar