Misirdə inqilab davam edir
19 iyul 2011 15:11 (UTC +04:00)

Misirdə inqilab davam edir

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, müxalifətin Qahirənin Təhrir meydanındakı keçirdiyi aksiyalarda əsas hədəf ölkəni idarə edən Ali Hərbi Şuradır.

Baş nazir İsam Şərəfin kabinetdə dəyişikliklər etməsi müxalifəti qane etməyib. Nümayişçilər daxili işlər və ədliyyə nazirini dəyişdirməyən baş nazir İsam Şərəfin istefasını tələb edirlər. Təhrirdə düşərgə salan nümayişçilərin başqa bir hədəfi isə Hüsnü Mübarək və sabiq prezidentin adamlarını qoruduğu iddia edilən Ali Hərbi Şuranın rəhbəri Hüseyn Tantavidir. Xalq inqilabının məqsədlərinə uyğun dəyişikliklər olmadan Təhrir meydanını tərk etməyəcəklərini bəyan edən müxalifətçilər lazım gələrsə, ikinci inqilabı həyata keçirəcək gücə sahib olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar