Meymundan insana keçən yeni ölümcül virus tapılıb
15 iyul 2011 22:22 (UTC +04:00)

Meymundan insana keçən yeni ölümcül virus tapılıb

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, ölümcül sətəlcəm xəstəliyi Kaliforniyada Məməlilər Sinfini Öyrənmə Mərkəzində meymunlar arasında aşkarlanıb və aparılan təhqiqat zamanı məlum olub ki, bu virus insana keçə, gələcəkdə isə bir-insandan digərinə yoluxa bilər.

Qeyd edək ki, yeni virusun öyrənilməsinə 2009-cu ilin mayında başlanıb. Həmin vaxt Kaliforniyada Məməlilər Sinfini Öyrənmə Mərkəzində meymunlar arasında sürətlə sətəlcəm yayılıb. Sətəlcəm hepatitlə müşahidə olunub. Bütün müalicə səylərinə baxmayaraq, 23 meymundan 19-u ölüb, yaxud həddən artıq zəifləyib. Mərkəzin əməkdaşlarından biri və onun meymunlarla əlaqəsi olmayan ailə üzvləri də bu virusa yoluxublar.

Araşdırmaya rəhbərlik edən Çarlz Çu deyib ki, “TMAdv” adlandırılan virus DNK-virus tipinə daxildir. Bu virus meymunlar və insanlar da daxil olmaqla, onurğalılar üçün ölümcüldür. Mərkəzin əməkdaşının meymunlarla əlaqəsi olmayan ailə üzvlərinin bu virusa yoluxması onun insandan insana keçdiyini göstərib. Bu virusa yoluxduğu insanların 18 faizini öldürməyə qadirdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar