Tarkan şəhidlərə görə konsertini yarımçıq kəsdi
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Qaradəniz Texniki Universitetinin konsert meydanında 50 min tamaşaçı qarşısında çıxış edən Tarkan 2 mahnı səsləndirdikdən sonra ifasına qısa fasilə verib.
Müğənni daha sonra səhnəyə qayıdaraq deyib ki, gün ərzində konsertə hazırlaşdığı üçün Diyarbəkirdə əsgərlərin terrorçuların hücumu nəticəsində şəhid düşməsindən xəbərsiz olub və bu olaydan yeni xəbər tutub: “İcazə versəniz, bir mahnı da söyləyib, konserti yekunlaşdırarıq, ya da mahnılarımızı bu faciələrin sona çatması üçün oxuya bilərik”.
Tarkanın bu sözlərindən sonra tamaşaçılar “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndiriblər. Tarkan bir mahnı da oxuyaraq konserti bitirib.

610