Seksual kuklaların ideya müəllifi Hitler olub
14 iyul 2011 22:27 (UTC +04:00)

Seksual kuklaların ideya müəllifi Hitler olub

Məşhur fransız siyasi xadimi Taleyranın “cherchez la femme” ifadəsinə bu gün də mənasını bilərəkdən və ya bilməyərək müraciət edənlərin sayı azalmır. Siyasətçi bu ifadə ilə bütün böyük işlərin (yaxşı və ya pis) kökündə qadın faktorunun dayandığını iddia edirdi.

Təbii ki, müharibələr də qadınsız ötüşə bilməzdi. Başqa ərazilərin qadınlarını ələ keçirmək üçün müharibələr az olmayıb. Və ya əsgərlərin cinsi ehtiyacını təmin etmək üçün sərkərdələr çox üsula əla atıblar.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, Fransanın işğalından sonra alman ordusu qəribə problemlə qarşılaşıb. Parisdəki saysız hesabsız fahişənin xidmətindən istifadə edən alman əsgərlər həm “düşmənlə” dostlaşır, həm də xəstəliyə tutulurdular. Tarixçi Qraem Donaldın dediyinə görə, Fürer problemdən çıxış yolu kimi əsgərlərin ehtiyacının süni şəkildə ödənilməsini təklif edir. Alman elmi-tədqiqat institutlarında plastik kütlədən alman qadını şəklində kukla hazırlanır. Üfürülərək doldurulan bu kukla hər bir əsgərin çantasında olmalı idi ki, o, istənilən yerdə ehtiyacını təmin edə bilsin. Bununla da orduda yüksək əhval ruhiyyə yaranacaq və xəstəliklərin qarşısı alınacaqdı.

Lakin layihə 1942-ci ildə dayandırılır. Alman komandanlığı ingilislərin onları lağa qoyacağından ehtiyat edərək layihəyə xitam verir.

Layihə tərk edilsə də, 80-ci illərin sonlarında bu tip kuklalar yenidən dəbə mindi. İndi ABŞ, Çin və bir sıra Avropa ölkələrində bu tip seksual oyuncaqlar kütləvi satılır.

Rusiyada yaşayan həmvətənimizin dediyinə görə, belə bir kuklanı Moskvada 120 dollara əldə etmək mümkündür.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar