PKK terror təşkilatının 14 üzvü təslim olub
14 iyul 2011 15:55 (UTC +04:00)

PKK terror təşkilatının 14 üzvü təslim olub

Bu gün Türkiyədə PKK terror təşkilatının 14 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 3-ü qadın olmaqla, 14 terrorçu Türkiyə-İraq sərhədindəki Habur sərhəd-keçid məntəqəsinə gələrək təslim olublar.

İraqdan gələrək təslim olan terrorçular Silopi Rayon Jandarma Komandanlığına gətiriliblər.

Tuncelidə isə terrorçular magistral yol tikintisində çalışan 2 fəhləni qaçırıblar. Fəhlələrin azad edilməsi üçün geniş miqyaslı əməliyyat başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar