Misir tarixində görünməmiş addım
14 iyul 2011 10:08 (UTC +04:00)

Misir tarixində görünməmiş addım

Misirdə 700 polis zabiti bu ilin qış aylarında hökumət əleyhinə keçirilən aksiyalar zamanı qəddarlığa yol verdikləri üçün işlərindən azad olunublar. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Misir Daxili İşlər Nazirliyinin tarixində ən böyük kadr dəyişikliyidir.

İşdən azad olunan 40-a yaxın polis zabiti aksiyaçıların öldürülməsində günahkar sayılır.

Qeyd edək ki, bu ilin əvvəlində həmin dönəmdə hakimiyyətdə olan prezident Hüsnü Mübarəkin istefası tələbi ilə keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 850 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar