Fransa: Qəddafi hakimiyyətdən çəkilməyə hazırdır
13 iyul 2011 11:06 (UTC +04:00)

Fransa: Qəddafi hakimiyyətdən çəkilməyə hazırdır

Lent.az-ın “BBC”yə istinadən məlumatına görə, bunu Qəddafinin hakimiyyətdən getməyə hazırlaşdığını iddia edən Fransanın xarici işlər naziri Alen Jüpe fransız radiosuna deyib.

Nazir deyib ki, onlar Qəddafinin gedəcəyi barədə məlumatlar alırlar: “Bizə Qəddafinin hakimiyyətdən getməyə, bunu müzakirə etməyə hazır olduğunu bildirirlər. Ancaq indiki halda, ortada konkret danışılar yoxdur”.

Fransa xarici işlər nazirliyinin sözçüsü Bernar Valero isə deyib ki, Qəddafinin hakimiyyətdən çəkilməyə hazır olduğunu deyən elçilər bu mesajı Liviya liderinin adından gətiriblər: “Biz də onlara eyni mesajı verdik və bildirdik ki, bizim Liviyadakı qüvvələrimizlə əlaqədə olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar