Misirdə aləm qarışıb
Misirdə inqilab zamanı nümayişçiləri öldürməkdə ittiham edilən 10 polis sərbəst buraxılıb.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, qərarın elan olunması gərginliyə səbəb olub. Ölənlərin yaxınları polislə toqquşub. Süveyş Məhkəməsinin polis məmurlarını azadlığa buraxma qərarının ali instansiya tərəfindən də təsdiqlənməsindən sonra insanlar küçələrə çıxaraq? məhkəmə binasını və polis məntəqələrini daş atəşinə tutublar. Nümayişçilər Qahirə-Süveyş yolunda barrikadalar quraraq avtomobillərin keçməsinə izin verməyiblər.
Bu arada Misirin paytaxtı Qahirədə partlayış da baş verib. Partlayış nəticəsində Nil çayı sahilindəki bir körpü çöküb. Körpüdən 4 nəfər çaya düşüb. İki nəfərin cəsədi tapılıb, iki nəfəri isə tapmaq mümkün olmayıb. Cənazəni hərbi xəstəxanaya aparmağa çalışan insanların yaxınları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Partlayışın səbəbi hələ məlum deyil.

554