Obama “Twitter”dən cavab verdi
Lent.az-ın “trtazebraycan.com” saytına istinadən verdiyi məlumata görə, “Youtube”, “Facebook”, “Twitter” kimi populyar sosial şəbəkələrin xidmətlərindən istifadə edən Barak Obama Ağ Evdə 140 nəfərin dəvət olunduğu toplantıda “Twitter”in qurucularından olan Cek Dorsi ilə birlikdə 18 istifadəçinin suallarını cavab verib.
Bir saata yaxın davam edən toplantıda Barak Obamaya əsasən iqtisadiyyat, işsizlik, borc, ev, tələbələrin borcları və NASA ilə bağlı suallar verilib. Ağ Evə çağırılan 140 nəfər isə “Twitter” mesajlarının 140 işarəyə izin verməsini simvolizə edib.
Barak Obama ilk “Twitter” mesajında ABŞ-da iqtidarın və Konqresin qarşısındakı ən vacib mövzu olan borcların azaldılması məsələsinə toxunub. ABŞ prezidenti mesajında “borcların azaldılması üçün hansı xərclərə qənaət edərdiniz və hansı investisiyaları qoruyardınız” sözlərini yazıb. O, daha sonra gələn suallara əhatəli cavablar verib.

576