Saakaşvilinin şəxsi fotoqrafı casus çıxdı
07 iyul 2011 13:29 (UTC +04:00)

Saakaşvilinin şəxsi fotoqrafı casus çıxdı

Gürcüstan prezidenti Mixail Saakaşvilinin şəxsi fotoqrafı İrakliy Qelenidze saxlanılıb.

Lent.az-ın GHN agentliyinə istinadən verdiyi məlumata görə, fotoqrafın xanımı da saxlanılıb.

Fotoqraf və arvadının hansı səbəbdən saxlanıldığı məlum deyil. Onlarla bərbər “European Pressphoto Agency” agentliyinin fotomüxbiri Zurab Kurtsikidze, “Associated Press” agentliyinin fotoqrafı Şax Ayvazov və Gürcüstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edən fotoqraf Gerorgiy Abdaladze də saxlanılıb.

Gerorgiy Abdaladzenin xanımı deyib ki, evlərində axtarış aparıblar. Polislər evdən mobil telefon və kompüter götürüblər. Zurab Kurtsikidzenin də evində axtarış aparılıb. Onlara qarşı casusluq ittihamı irəli sürdüyü bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyi hələ məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar