Erməni Kilsəsi Gürcüstandan torpaq istəyir
07 iyul 2011 12:10 (UTC +04:00)

Erməni Kilsəsi Gürcüstandan torpaq istəyir

Rusiyada Gürcüstan Pravoslav Kilsəsinin təmsilçiləri ilə görüşən Erməni katalikosu II Qaregin Gürcüstandan ermənilərin tələblərini təmin etməyi tələb edib. Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya və İrlandiyadakı Gürcüstan Pravoslav Kilsəsinin baş yepiskopu Zenon söyləyib.


Baş yepiskop deyib ki, Rusiya tərəfinin də iştirak etdiyi görüşdə II Qaregin tələbləri dilə gətirərkən əlini stola döyüb. Onun sözlərinə görə, Gürcüstan Pravoslav Kilsəsi və Erməni Kilsəsi arasındakı münasibətləri II Qareginin bu davranışları mürəkkəbləşdirib.


Ermənilərin əsas istəyi isə erməni kilsələrinin Gürcüstanda torpaq və digər daşınmaz əmlak əldə etməklə bağlıdır: “Bir neçə il əvvəl Gürcüstan Pravoslav Kilsəsi digər dini icmaların təmsilçiləri ilə Memorandum imzalayıb. Biz razılaşmışıq ki, status və digər məsələləri birgə müzakirə edək. Ancaq indi görünür ki, erməni tərəfi birtərəfli tələbini yerinə yetirməyə çalışır. Memorandumun imzalanması ilə erməni dini icması status əldə edib və indi mülkiyyət əldə etməyə can atır. Gürcüstandakı erməni kilsələrinin bu niyyəti Ermənistan Kilsəsinin, II Qareginin davranışlarından qaynaqlanır. Heç bir normal ölkədə belə qayda yoxdur ki, mütləq insanın mülkiyyəti olmalıdır. Hətta mülkiyyət ona məxsus olmasa da, mülkiyyətin sahibinə çevrilməlidir. Ermənilər 19-cu əsrdə Gürcüstan Rusiyanın işğalı altında olarkən ruslar tərəfindən onlara verilmiş mülkiyyəti almaq istəyirlər. Bu, tamam başqa məsələdir. Həmin vaxt Gürcüstan dövlətçiliyini itirmiş vəziyyətdə olub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar