İraqda 900 cəsədin basdırıldığı məzar tapılıb
Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, qəbirdə basdırılanların Səddam Hüseyn dövründə öldürülən kürdlər olduğu güman edilir.
Səddam Hüseyn rejimi zamanı törədilən hərbi cinayətlərin araşdırılması ilə məşğul olan komissiyanın rəhbəri qəbirdə 900 nəfərin cəsədinin basdırıldığını bildirib. Cəsədlər identifikasiya üçün laboratoriyaya göndərilib. Qəbiristanlığın 1980-ci illərə aid olduğu güman edilir.
Ötən ilin aprelində daha bir böyük qardaş qəbiristanlığı tapılıb. O zaman həmin qəbirdən 800 nəfərin cəsədi çıxarılıb.
Bəzi məlumatlara görə, Səddamın dövründə öldürülən şəxslərin sayı 1,3 milyon nəfərə çatır.

522