Əsəd də atası kimi rəhm etmir
Keçən cümə günü 300 min nəfərin iştirakı ilə hökumət əleyhinə aksiyaların keçirildiyi Hama şəhəri artıq 2 gündür ki, Suriya ordusu tərəfindən mühasirəyə alınıb, əməliyyatlar aparılır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Suriya İnsan Haqları Təşkilatının sədri Ammar Kurabi ordunun şəhərdə apardığı əməliyyatlar zamanı 22 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını bildirib.
Yaralılar şəhərdəki 2 xəstəxanaya yerləşdirilib, sonradan əsgərlər xəstəxanalardan birinə daxil olub. Yaralıların nəzarət altına götürülüb. Hamada yaşayanlar artıq kütləvi şəkildə yaxınlıqdakı Əl Salamiyə şəhərinə və paytaxt Dəməşqə doğru qaçırlar.
Qeyd edək ki, 1982-ci ildə də Hama şəhərində hakimiyyət əleyhinə hərəkat başlayıb. Həmin vaxt prezident olan Bəşər Əsədin atası Hafiz Əsəd şəhəri ağır silahların atəşi ilə faktiki dağıdıb, 25 min nəfərə qədər insanı öldürüb.

450