Gürcüstanda terror aktı törətməyə hazırlaşan 2 nəfər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşları ölkədə terror aktı törətməyə hazırlaşan 2 nəfəri həbs edib. Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunlar separatçı “Abxaziya Respublikası”nın Qal rayonunun sakinləri Abesalom Çxetia və Tamil Beniadır.
Hər iki şəxs partlayıcı qurğularla təmas xəttini keçərkən saxlanılıb. Partlayıcı qurğular zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Abesalom Çxetia və Tamil Benianın terror aktı törətməklə bağlı onlara Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları İqor Vlasov və Sergey Kuzmin tərəfindən sifariş verildiyini etiraf ediblər.
Yaxın saatlarda Daxili İşlər Nazirliyi əməliyyatla bağlı video görüntüləri yayımlayacaq.

506