“Zəlzələ naziri” 1 həftədə vəzifədə qala bilib...
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, yenidənqurma naziri Ryu Matsumotonun cəmi bir həftə fəaliyyət göstərməsinə səbəb isə zəlzələ ilə bağlı sözləri və davranışları olub.
Ryu Matsumoto bir həftə əvvəl zəlzələ bölgəsinə ziyarət edərkən bir neçə dəqiqə gec gələn valini danlayaraq əlini sıxmayıb. Bu hadisənin gizli qalması üçün jurnalistlərə təzyiq göstərən yenidənqurma naziri zəlzələ bölgəsindəki başqa bir valiyə də deyib ki, “bələdiyyələr yenidənqurma üçün ortaya gözəl fikirlər qoymadıqca mərkəzi hökumətdən yardım gözləməsin”.
Ancaq nazirin bu sözləri ciddi narazılıqlara səbəb olub. Dürüst danışdığını söyləyən Matsumoto üzr istəsə də bir təyinatından bir həftə sonra istefası verməyə məcbur olub. Müxalifət isə yanlış seçim etdiyi üçün baş naziri Naoto Xanın istefa verməsini tələb edib.
Qeyd edək ki, Naoto Xan zəlzələ bölgəsinin yenidən qurulması üçün nazirlik yaradıb və keçmiş ekologiya nazirini bu quruma rəhbər təyin edib.

439